Türkiyənin Hatay şəhərində terror aktı törədilib

Türkiyənin Hatay şəhərində terror aktı törədilib

Hazırda oxunan: Türkiyənin Hatay şəhərində terror aktı törədilib

1347

Bizim.Media Sputnik Türkiyə xəbər saytına istinadən məlumat verir ki, az öncə Türkiyənin Hatay şəhərində öncə silah, daha sonra isə partlayış səsləri eşidilib. Xüsusi təyinatlı polislər ərazini mühasirəyə alıb. İlkin iddiaya görə, Hatay şəhərində PKK terrorçuları tərəfindən terror aktı törədilib.

Hatay valiliyindən verilən açıqlamada hücumda şübhəli bilinən iki terrorçunun axtarışının davam etdiyini qeyd olunub. Daha sonra isə bir terrorçunun İsgəndərun bölgəsində hüquq mühafizə orqanları tərəfindən zərərsizləşdirildiyi ilə bağlı açıqlama verilib. Digər terrorçunun yaxalanması istiqamətində isə axtarışlar davam edir.

Qeyd edək ki, ABŞ səfirliyi bir neçə gün öncə Türkiyədə terror təhlükəsi ilə bağlı öz vətəndaşlarına xəbərdarlıq etmişdi, bu gün isə terror baş verdi. ABŞ səfirliyi eyni xəbərdarlığı Bakı üçün də etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO