Yolların CANLI MİNALARI - Nəzarətsiz mal-qaranın yaratdığı TƏHLÜKƏ - FOTO

Yolların CANLI MİNALARI - Nəzarətsiz mal-qaranın yaratdığı TƏHLÜKƏ - FOTO

Hazırda oxunan: Yolların CANLI MİNALARI - Nəzarətsiz mal-qaranın yaratdığı TƏHLÜKƏ - FOTO

134695

Şəkidə günün qaranlıq saatlarında mal-qaranın nəzarətsiz qalması, heyvanların yollarda kortəbii hərəkəti yol-nəqliyyat hadisələrinə səbəb olur. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna taksi xidməti göstərən sürücülər məlumat verib. 

Sürücülər onu da əlavə edib ki,  küçə və parklardakı yaşıllıqlara ziyan vuran səllim (başıboş, nəzarətsiz) mal-qara şəhərin abadlığına da öz mənfi təsirini göstərir. 

Problemlə əlaqədar DİN-in Şəki regional qrupunun inspektoru, polis kapitanı Mahir Mənsimov bildirib ki, səllim mal-qaranın yollara nəzarətsiz buraxılması hallarının qarşısını almaq məqsədilə mütəmadi olaraq mal sahibləriylə görüş keçirilir, onlar maarifləndirilir. 

Lakin hələ də bu məsələyə biganə yanaşan, mal-qarasını küçəyə səllim buraxan ya da qapılarda saatlarla saxlayan insanlara təsadüf edilir. Bu, xüsusən, gecə saatlarında qəzalara səbəb olur.
Bu zaman isə mal sahibləri qaçıb gizlənməyə üstünlük verir. Çünki İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsinə əsasən ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına görə heyvan sahibləri 200 manat məbləğində cərimə olunur. 










Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO