Şəkidə QƏZA - Sürücülərdən biri xəsarət aldı

Şəkidə QƏZA - Sürücülərdən biri xəsarət aldı

Hazırda oxunan: Şəkidə QƏZA - Sürücülərdən biri xəsarət aldı

134675

Yol hərəkət qaydalarına əməl etməyən sürücülər qırmızı işıqda keçib və nəticədə iki avtomobil toquşub. 

Bizim.Media-nın yerli bürosu DİN-in Şəki regional qrupuna istinadən bildirir ki, şəhər ərazisində, Baş Zəyzid kənd sakini, 36 yaşlı Vasif Abdulsalamovun idarə etdiyi “VAZ-2106” avtomobilİ İlə Kiçik Dəhnə kənd sakini 48 yaşlı İlham Səmədovun idarə etdiyi “Niva” toqquşub.

Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, rayon mərkəzi xəstəxanasına yerləşdirilib . Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam etdirilir, həyatı üçün təhlükə yoxdur.  

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan o da qeyd olunub ki, yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq ekspertiza təyin olunub.  

Hazırda rayon polis şöbəsində təhqiqat aparılır.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO