Bu gün Od çərşənbəsidir

Bu gün Od çərşənbəsidir

Hazırda oxunan: Bu gün Od çərşənbəsidir

13464

Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.

Bizim.Media xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi olan Od çərşənbəsi xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə, Addı çərşənbə kimi də adlanır.

Bu çərşənbə qədimdə insanların oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

 

MÖVZU İLƏ BAĞLI:

Novruz bayramında 9 gün ardıcıl iş olmayacaq - RƏSMİ


Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışarmışlar. Odunlar yenicə alışmaya başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söylərmişlər.

Qədimdə Od çərşənbəsində başqa bir  adət isə qonum-qonşular yasda olan ailənin həyətində tonqal çataraq, o ailəni yasdan çıxararması olub.

Ulu babalarımız Od çərşənbəsində sübh tezdən Günəşə qurban apararmışlar. Onların düşüncəsinə görə, insanlar Günəşi nə qədər əzizləsə, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər dirilər.

Od çərşənbəniz mübarək!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO