Prezident özbək xalqı adından hədiyyə olaraq Füzulidə tikilən məktəb binası ilə TANIŞ OLUB - VİDEO

Prezident özbək xalqı adından hədiyyə olaraq Füzulidə tikilən məktəb binası ilə TANIŞ OLUB - VİDEO

Hazırda oxunan: Prezident özbək xalqı adından hədiyyə olaraq Füzulidə tikilən məktəb binası ilə TANIŞ OLUB - VİDEO

134559

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar. 

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma inşaat işlərinin gedişi barədə məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Füzulinin Pirəhmədli kəndinə 2 min 369 nəfər KÖÇÜRÜLƏCƏK


Bildirildi ki, ötən il başlanılan tikinti işlərinin bu ilin dekabrında başa çatdırılması planlaşdırılır. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq.

Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilir. 

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında növbəti həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO