“Baku Open” turnirinin açılış mərasimi keçirilib

“Baku Open” turnirinin açılış mərasimi keçirilib

Hazırda oxunan: “Baku Open” turnirinin açılış mərasimi keçirilib

134535

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.  

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın açılış mərasimində "Heydər Əliyev və Azərbaycan şahmatı" adlı video nümayiş olunub.  

Ardınca Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxış edərək ölkə şahmatının inkişafının əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib.

M.Məmmədov şahmata olan diqqət və qayğının bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib. 

FIDE prezidenti Arkadi Dvorkoviç şahmat yarışlarının yüksək səviyyədə təşkilatçılığı eləcə də bu idman növünün inkişafı naminə görülən işlərə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıq edib. 

Gənclər və İdman Naziri Fərid Qayıbov may ayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan  bir sıra idman tədbirlərinin keçirələcəyini vurğulayıb. Sonda nazir yarış iştirakçılarına uğurlar arzulayıb. Dövlət himni səsləndirildikdən sonra rəsmi hissə başa çatıb. 
Açılış şahmata həsr olunan rəqs kompozisiyası ilə yekunlaşıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO