Ağdam Rəqəmsal Elektrik Şəbəkəsində yeni mərkəz YARADILACAQ 

Ağdam Rəqəmsal Elektrik Şəbəkəsində yeni mərkəz YARADILACAQ 

Hazırda oxunan: Ağdam Rəqəmsal Elektrik Şəbəkəsində yeni mərkəz YARADILACAQ 

134516

“Ağdam Rəqəmsal Elektrik Şəbəkəsinin İdarəetmə Mərkəzində müasir avadanlıqlarla təchiz edilmiş iş və vətəndaşların qəbulu otaqları yaradılacaq”. 

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, bu barədə tikintisinə start verilən mərkəzin mühəndisi İlqar Məmmədov jurnalistlərə açıqlamasında məlumat verib. 

“Rəqəmsal Elektrik Şəbəkəsinin İdarəetmə Mərkəzinin yaradılmasında əsas məqsəd elektrik enerjisinin paylanmasında fasiləsizliyin təmin edilməsi və eyni zamanda etibarlılığının təmin olunmasına zəmin yaradır. Burada mühəndis-texniki heyət üçün səmərəliyin daha da effektiv aparılması üçün müassir avadanlıqlarla təchiz olunmuş iş otaqları, o cümlədən vətəndaşların qəbulu üçün iş otaqları yaradılıb” – deyə o, bildirib. 
Xatırladaq ki, bu, “Prezidentin izi ilə” layihəsi çərçivəsində işğaldan azad edilmiş Ağdam rayonu ərazisinə mediatur təşkil olunub. Jurnalistlərə ərazidə aparılan işlərlə bağlı ətraflı məlumat verilib. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO