Şuşada quraşdırılacaq seysmik stansiya artıq Azərbaycandadır

Şuşada quraşdırılacaq seysmik stansiya artıq Azərbaycandadır

Hazırda oxunan: Şuşada quraşdırılacaq seysmik stansiya artıq Azərbaycandadır

134444

Şuşada seysmik stansiyanın quraşdırılması ilə bağlı işlər davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə apa.az-a  Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib. 

O qeyd edib ki, bilindiyi kimi Şuşadakı seysmik stansiyanı AFAD hədiyyə edib və həmin stansiya quyudibi stansiyadır:

"Stansiya artıq ölkəmizdədir. Hazırda quyunun qazılması və stansiyanın quraşdırılması istiqamətində texniki işlər mərhələsindəyik. Digər rayonlarımıza gəlincə isə ümumilikdə işğaldan azad olunmuş ərazilərimizdə 10 seysmik stansiya quraşdıracağıq. Növbəti hansı rayonun olacağı isə Şuşadan sonra müvafiq dövlət qurumları ilə razılaşdırılacaq. Çünki ərazilərdə mina təhlükəsi var. Seysmik stansiyaların quraşdırılması həmin ərazilərdə məskunlaşma aparıldıqca həyata keçiriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO