İki boksçumuz dünya çempionatının 1/8 finalına çıxdı

İki boksçumuz dünya çempionatının 1/8 finalına çıxdı

Hazırda oxunan: İki boksçumuz dünya çempionatının 1/8 finalına çıxdı

134398

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatı davam edir. 

Bizim.Media xəbər verir ki, mundialın 4-cü günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub. 

Yığma üzvü Tural Sarıyev (48 kq) dünya çempionatında debüt görüşünü Al-Jaleel Jokhuya (Trinidad və Tobaqo) qarşı keçirib. O, rəqibini 4:1 (28:29, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb. 

Sarıyev növbəti qarşılaşmasında tailandlı Vuttiçai Yuraçaini sınağa çəkəcək. Döyüş mayın 8-nə təsadüf edəcək. 

Dünya çempionatının mükafatçısı Məhəmməd Abdullayev (+92 kq) startda Ernandes Kruzla (Meksika) üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və 1/8 finala yüksəlib. 

O, ikinci döyüşündə tanzaniyalı Aleks Sulva ilə üz-üzə gələcək. Görüş mayın 7-də baş tutacaq. 

Qeyd edək ki, 107 ölkədən 538 idmançının qatıldığı mundial mayın 14-də bitəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO