Simonyan Ankarada Ermənistan aviaşirkətləri üçün hava məkanının bağlanmasını müzakirə edəcək?

Simonyan Ankarada Ermənistan aviaşirkətləri üçün hava məkanının bağlanmasını müzakirə edəcək?

Hazırda oxunan: Simonyan Ankarada Ermənistan aviaşirkətləri üçün hava məkanının bağlanmasını müzakirə edəcək?

134290

Xəbər verdiyimiz kimi, bu gün Ermənistan parlamentinin rəhbəri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyə paytaxtına gedəcək. Rəsmilər Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının yaradılmasının 30-cu ildönümünə həsr olunan sammitdə iştirak edəcək. 

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, Simonyan Ankarada Türkiyənin Ermənistan aviaşirkətləri üçün hava məkanının bağlanmasını müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hava məkanının bağlanmasını aprelin 25-də Ermənistanın paytaxtı İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunan abidənin ucaldılması ilə əlaqələndirib:

“Bu, qəbuledilməzdir. Yalnız Ermənistan parlamentinin spikerinin Türkiyəyə səfərinə icazə verdik. Rəsmi İrəvan belə davam edərsə, yeni addımlar atacağıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO