Qərbi Azərbaycana qayıdış tələbi erməniləri QORXUYA SALDI – “Bu, gec-tez baş verəcək”

Qərbi Azərbaycana qayıdış tələbi erməniləri QORXUYA SALDI – “Bu, gec-tez baş verəcək”

Hazırda oxunan: Qərbi Azərbaycana qayıdış tələbi erməniləri QORXUYA SALDI – “Bu, gec-tez baş verəcək”

134277

“Azərbaycan Ermənistan ərazisindən anklavlar və dəhliz iddiaları ilə yanaşı, daha bir “təhlükəli” tələb irəli sürüb. Bakı Sovet dövründə Ermənistanda yaşayan azərbaycanlıların Ermənistana qaytarılmasını tələb edib. Ermənistanın azərbaycanlaşdırılması təhlükəsi ilə üz-üzəyik”.

Bunu erməni politoloq Suren Petrosyan televiziyada “Nver Mnatsakanyanla bir gün” proqramında deyib.

Politoloq əlavə edib ki, rəsmi Bakı Ermənistandakı azərbaycanlıların təhlükəsizliyinin Azərbaycan polisi tərəfindən təmin olunacağını açıqlayıb.

Təbii ki, ermənilərin bütün təşviş və narahatçılıqlarına rəğmən Qərbi Azərbaycandan olan soydaşlarımızın öz dədə-baba ocaqlarına qayıtması onların ən təbii haqqıdır. Və bu haqqı heç kim onların əlindən ala bilməz. Ermənistanın təşvişi yalnız bu proses bir qədər ləngidə bilər.

Çünki, ermənilər azərbaycanlılarla dinc və əmin-amanlıq şəraitində yaşamaq istəyirlərsə, bunu etməlidirlər. Əks təqdirdə ermənilərin Qarabağda hansısa şəkildə qalması sual altına düşə bilər.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Tural İsmayılov bildirib ki, Qərbi Azərbaycana qayıdış dövlətimizin əsas prioritetlərindən biridir:
 

MÖVZU İLƏ BAĞLI:

Kremlin TƏHLÜKƏLİ PLANI – Vardanyan kartı yenidən AKTİVLƏŞDİRİLİR?


“Çünki, XX əsr boyunca azərbaycanlıların öz dədə-baba yurdlarından çıxarılması vəhşicəsinə baş verib. Ən pisi də odur ki, son 120 ildə Qərbi Azərbaycandakı maddi-mənəvi irsimizə qarşı vandallıq aktları həyata keçirilib. Bu bədnam siyasət ermənilər tərəfindən bu gün də davam etdirilir.

Üstəlik, bu gün Xankəndi və ətraf ərazilərdə ermənilər rahat şəkildə yaşaya bilirsə və onların gələcəkdə azərbaycanlılarla eyni hüquqda fəaliyyət göstərəcəkləri vurğulanırsa, onda Ermənistan da Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın oraya qayıdışını təmin etməlidir”.
Politoloq onu da qeyd edib ki, bu məsələ ətrafında manipulyasiya etməyə heç bir lüzum yoxdur: 

“Çünki, azərbaycanlılar öz dədə-baba ocaqlarına dinc qayıdışdan bəhs edirlər. Bu insanların orada tarixi var, keçmişi var. Bunu danmaq olmaz. Və hesab edirəm ki, Azərbaycanla Ermənistan arasındakı danışıqlarda sülhün əsas prioritetlərindən biri Qərbi Azərbaycana dinc və təhlükəsiz qayıdışla bağlı Ermənistanın üzərinə öhdəlik götürmək məsələsi olmalıdır. Mən hesab edirəm ki, bu proses əvvəl-axır baş verəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO