Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Sığırlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus və “КамAZ” markalı yük avtomobili toqquşub, 1 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:53 / 03.05.2023
Kürdəmirdəki qəza ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Kürdəmirdəki qəza ilə bağlı RƏSMİ AÇIQLAMA
Hazırda oxunan: Kürdəmirdəki qəza ilə bağlı RƏSMİ AÇIQLAMA
134129
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.