Dilarənin qardaşı:

Dilarənin qardaşı: "Oqtayın vəfatından sonra "Soy"un rəhbəri xanımı olacaq" - ÖZƏL

Hazırda oxunan: Dilarənin qardaşı: "Oqtayın vəfatından sonra "Soy"un rəhbəri xanımı olacaq" - ÖZƏL

134122

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra "SOY - production"un direktorunun kim olacağı ilə bağlı müəyyən müzakirələr aparılır.

Məsələ ilə əlaqədar Bizim.Media-nın əməkdaşı mərhumun həyat yoldaşı Əməkdar artist Dilarə Əliyevanın qardaşı, aktyor Vüsal Murtuzəliyevlə əlaqə saxlayıb.

Aktyor açıqlamasında bildirib ki, hazırda O.Əliyevin bütün işlərini xanımı icra edir:

"Təbii ki, Oqtay Əliyevin vəfatından sonra onun  işləri ilə xanımı Dilarə Əliyeva məşğul olur. Bura təkcə "SOY production"un işləri deyil, həmçinin onun bir sıra televiziya verilişləri də daxildir. Sənədlənmə işləri olmayıb. Amma gələcəkdə "SOY - production"un direktoru bacım Dilarə Əliyeva olacaq".

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO