Qaz borusu vətəndaşın həyətindən KEÇİR – “Azəriqaz”la icra hakimiyyəti ÜZ-ÜZƏ - FOTO

Qaz borusu vətəndaşın həyətindən KEÇİR – “Azəriqaz”la icra hakimiyyəti ÜZ-ÜZƏ - FOTO

Hazırda oxunan: Qaz borusu vətəndaşın həyətindən KEÇİR – “Azəriqaz”la icra hakimiyyəti ÜZ-ÜZƏ - FOTO

133978

Bakıda qaz xətti vətəndaşın həyətindən keçir. Söhbət Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, döngə 3 ev 18-də yaşayan Aynur Heydərovadan gedir. 9 ildir bu ünvanda yaşayan I qrup əlil illər öncə hasarını önə çəkib. Bu səbəbdən də əvvəldən çəkilən qaz borusu onun həyətində qalıb. 

Bizim.Media-ya problemi ilə bağlı gileylənən vətəndaşın dediyinə görə borunun həyətdən çıxarılması üçün illərdir ki, “Azəriqaz” İstehsalat Birliyinə müraciət edir. Amma qaz xəttinin yerinin dəyişdirilməsinə nail ola bilmir.
 

MÖVZU İLƏ BAĞLI:

Yeni tikilən evlər necə qazlaşdırılır? - VİDEO 


Vətəndaşın sözlərinə görə “Azəriqaz” İstehsalat Birliyindən onun rəsmi müraciətinə cavab olaraq bildirilib ki, qaz borusunun həyətdən çıxarılması üçün Suraxanı Rayonu İcra Hakimiyyətindən arayış gətirməlidir.

Qurumun ötən il vətəndaşa ünvanladığı məktubda qeyd olunub ki, şəxs ona məxsus torpaq sahəsinin mülkiyyətini  təsdiq edən sənədlər təqdim etdikdən sonra qaz xəttinin yerinin dəyişdirilməsinə yenidən baxıla bilər. 
Şikayətçi deyir ki, “Azəriqaz” İB-nın tələb etdiyi arayışı isə aidiyyəti qurumdan ala bilmir. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmisi Xanoğlan Allahverdiyev qeyd edib ki, problemin həll edilməsi onların səlahiyyətində deyil:

“Ayrıca, icra hakimiyyətinin belə bir arayış verməsi doğru deyil. Torpaq sahəsinin mülkiyyətini təsdiq edən sənədi Əmlak Məsələləri Dövlət Komitəsi verməlidir”. 

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev isə məsələyə belə aydınlıq gətirib. O, deyib ki, əgər sakin borular quraşdırılandan sonra yerdəyişmə edibsə, xətlərin həyətdən çıxarılması şəxsi hesabına olunmalıdır:

“Bu məsələdə günahkar vətəndaşın özüdür. Vətəndaş lisenziyası olan podratçı şirkətlə müqavilə bağlamalı və işini görməlidir. Podratçı şirkət isə vətəndaşın müraciəti əsasında bizə üz tutur. “Azəriqaz” yerində əraziyə baxış keçirir və qaz xəttinin dəyişdirilməsinə icazə varsa, yerində texniki şərt hazırlayıb podratçı şirkətə təqdim edir. Şirkət isə onun əsasında məsələni layihələndirir, vətəndaşla müqaviləsi bağlayır, pulunu alır və işini görür”. 

Qurum rəsmisi onu da əlavə edib ki, vətəndaş həyətini genişləndirərkən ərazi üzrə rayon icra hakimiyyəti və bələdiyyə məlumatlandırılmalı idi:

“Onlar gəlib dövlətin burada hansısa xəttinin olduğunu görməli və buna icazə verməməli idilər. Amma mən bilmirəm ki, bu işləri hansı əsaslarla ediblər. Bir sözlə vətəndaş problemini podratçı şirkətlə həll etməlidir”, - deyə Eldəniz Vəliyev vurğulayıb.






Alçina Amilqızı, Bizim.Media   
.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO