“Təklif edirəm ki, ANAMA-da çalışan şəxslərin maaşları artırılsın”.
Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.
“Digər bir təklifim isə, minatəmizləmə əməliyyatlarında həyatını itirənlərlə bağlıdır. Onlara şəhidliyə bərabər statusun verilməsini təklif edirəm. Əgər bir ailə ailə başçısını itirirsə və bu Qarabağ torpağında baş verirsə, həmin şəxslərin şəhid statusuna bərabər tutulması lazımdır.
Bundan əlavə, sosial mediada yazanlar var ki, guya hökumət bilərəkdən, minalanmış sahələrə insanları buraxmır. Görəsən, elə deyən şəxsləri bir avtobusa doldurub minalanmış ərazilərə göndərsək, gedərlərmi?”, - deyə deputat əlavə edib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:51 / 02.05.2023
Həlak olan ANAMA əməkdaşlarına şəhid statusu verilsin - TƏKLİF
Hazırda oxunan: Həlak olan ANAMA əməkdaşlarına şəhid statusu verilsin - TƏKLİF
Hazırda oxunan: Həlak olan ANAMA əməkdaşlarına şəhid statusu verilsin - TƏKLİF
133905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.