İmişliyə dolu YAĞIB - VİDEO

İmişliyə dolu YAĞIB - VİDEO

Hazırda oxunan: İmişliyə dolu YAĞIB - VİDEO

133892

Bir neçə gündür ölkə ərazisində özünü büruzə verən intensiv yağıntı və dolu İmişlidən də yan keçməyib. Öncə şimşək və yağışla başlayan təbiət hadisəsi rayonun bir neçə kəndində dolu yağıntısına çevrilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayon ərazisində ötən gün saat 17:00 radələrinə kimi hava günəşli olsa da, anidən bulud və şimşəklə müşahidə olunan yağıntı başlayıb. 

Saat 18:00 radələrində başlayan yağış qısa müddətdə güclənib və təxminən 1 saatdan çox davam edib. Həmçinin rayonun bir neçə kəndində, Otuziki, Çahar, Gövhərli, Qaradonlu, Qaralar və digər kəndlərdə dolu yağmağa başlayıb və 30-35 dəqiqəyə qədər davam edib.
Buz parçalarının ölçüsü kiçik olub. Təbiət hadisəsi zamanı hər hansısa fəsad və ziyan qeydə alınmayıb. 
 


 
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO