Təhsil Nazirliyindən III, VI və VII siniflər üçün qərar

Təhsil Nazirliyindən III, VI və VII siniflər üçün qərar

Hazırda oxunan: Təhsil Nazirliyindən III, VI və VII siniflər üçün qərar

13389

5-12 mart tarixlərində  III, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirmə təşkil ediləcək. Məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir.

Bizim.Media Təhsil Nazirliyinin saytına istinadla xəbər verir ki,  7000-ə yaxın şagirdin iştirakı nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Dərslər yenidən təxirə salındı - Bakının bəzi məktəblərində


Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçiriləcək.

Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir.

Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO