Erməni müxalifəti Ankaraya getməkdən imtina etdi

Erməni müxalifəti Ankaraya getməkdən imtina etdi

Hazırda oxunan: Erməni müxalifəti Ankaraya getməkdən imtina etdi

133887

Ermənistan müxalifəti QDİƏT Parlament Assambleyasının (Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı) Ankarada keçiriləcək iclasına hakimiyyətdən olan deputatlarla getməkdən imtina edib.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində iqtisadi məsələlər üzrə komissiyanın sədr müavini, “Vətəndaş müqaviləsi”dən olan deputat Babken Tunyan "Ermənistan” fraksiyasının üzvü Qeqam Manukyanın bəyanatına cavab verərkən deyib. 

Bundan əvvəl Manukyan vitse-spiker Akop Arşakyana Ararat Mirzoyanla Ceyhun Bayramovun danışıqlarında (bir gün əvvəl Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə baş tutub) nə üçün parlament sədrinin müavini (eyni zamanda Ermənistan-Türkiyə danışıqları üzrə xüsusi nümayəndə) Ruben Rubinyanın da iştirak etdiyi sualını verib. 
Manukyan əlavə edib ki, nəyə görə Ermənistan-Türkiyə Ermənistan-Azərbaycan münasibətləri ilə əlaqələndirilib: "Görəsən, Ermənistan tərəfi buna öz razılığını veribmi?".

Tunyan qeyd edib ki, mayın 4-də Ermənistan nümayəndə heyəti QDİƏT Parlament Assambleyasının iclası üçün Ankaraya gedəcək.

"Müxalifət nümayəndələrindən niyə getməyəcəklərini soruşmaq lazımdır. Gəlin, ölkəmizin mövqeyinin təbliğinə kömək edin. Bu, bilavasitə sizin rəsmi vəzifənizlə bağlıdır”, - Tunyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO