Vaşinqtonda üçtərəfli görüş BAŞA ÇATDI - FOTO/YENİLƏNİB 

Vaşinqtonda üçtərəfli görüş BAŞA ÇATDI - FOTO/YENİLƏNİB 

Hazırda oxunan: Vaşinqtonda üçtərəfli görüş BAŞA ÇATDI - FOTO/YENİLƏNİB 

133785

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş başa çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb. 

Görüşdə regionda təhlükəsizlik, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı müzakirə aparılıb. 

Tərəflər həmçinin Laçın yolundakı vəziyyəti də müzakirə ediblər. 

19.05

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb. 

Bizim.Media xəbər verir ki, görüş Vaşinqtonda keçirilir. 

Görüş Corc Şultz adına Xarici İşlər üzrə Milli Tədris Mərkəzində keçirilir.

Xatırladaq ki, daha əvvəl Blinkenin Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrı-ayrılıqda görüşü keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO