Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.
Bizim.Media xəbər verir ki, görüş Vaşinqtonda keçirilir.
Qeyd edək ki, daha sonra Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Blinkenin dəvətilə ABŞ-a gedib. Onun həm dövlət katibi Blinkenlə, həm də erməni həmkarı Mirzoyanla görüşü gözlənilir.
Bizim.Media