Naxçıvanda Vergi Xidmətinin 7 idarəsi LƏĞV EDİLDİ

Naxçıvanda Vergi Xidmətinin 7 idarəsi LƏĞV EDİLDİ

Hazırda oxunan: Naxçıvanda Vergi Xidmətinin 7 idarəsi LƏĞV EDİLDİ

133770

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi sədrinin müvafiq fərmanı ilə MR Dövlət Vergi Xidmətinin yeni Əsasnaməsi və strukturu təsdiq edilib.

Bizim.Media xəbər verir  ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir. 

Məlumatda qeyd olunur ki, idarəetmədə operativliyin artırılması, vergi xidməti orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması məqsədilə Naxçıvan MR Dövlət Vergi Xidmətinin 7 rayon vergilər idarə və şöbələri ləğv edilməklə, onların bazasında 3 Ərazi vergilər idarəsi yaradılıb, Naxçıvan Şəhər Vergilər İdarəsi yenidən təşkil olunub.
Vergi ödəyicilərinin vergi məsələləri ilə əlaqədar operativ qaydada zəruri informasiya ilə təmin edilməsi, vergilərin ödənilməsi sahəsində könüllü əməletmə səviyyəsinin yüksəldilməsi məqsədilə Dövlət Vergi Xidmətinin işçi sayı 18 ştat vahidi artırılıb ki, onların da 17-si vergi ödəyicilərinə xidmət strukturları üçün nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO