Nazilə: “Pandemiya dövründə xınalara getmişəm” - VİDEO

Nazilə: “Pandemiya dövründə xınalara getmişəm” - VİDEO

Hazırda oxunan: Nazilə: “Pandemiya dövründə xınalara getmişəm” - VİDEO

133728

Şairə Nazilə Səfərli pandemiyada el şənliklərində iştirak etdiyini etiraf edib. 

Bizim.Media xəbər verir ki, bu haqda qirayətçi xanım qonaq olduğu “Ümid ilə gəl” ictimai-sosial verilişində deyib. 

Səfərli bildirib ki, üç il əvvəl ölkədə sərtləşdirilmiş karantin rejimi elan olunduğu zaman, o, Naxçıvan MR-da keçirilən toy və xına şənliklərində aparıcı kimi iştirak edib: 

“Pandemiya dövründə Naxçıvandan başqa getdiyim toylardan çəkdiyim görüntülərin heç birini paylaşmamışam. Bunu indi deyirəm, biləsiniz. Mən getdiyim toylarda insanların sayını saymırdım (gülür). Hətta pandemiya zamanı ayağım sındı. Bir xanım zəng vurub söylədi ki, mənim əhdimdir ki, sən mənim xınamda iştirak edəsən.
Gəl, xeyir-dua ver, get. Cavabım isə xanıma "yalnız oturaq halda məclisi apara biləcəyəm" oldu. Dedim ki, ödəniş də sizdən istəmirəm, çünki məni əhd etmisən. Amma sağolsun, ödənişi də artıqlaması ilə etdi. Çolaq ayağımla da məni pandemiyada işə çağırdılar. Naxçıvanda o dövrdə sərtləşdirilmiş karantin rejimi yox idi. Bakıda xına mərasiminə getsəm də orada 80-100 nəfər insan olur. O dövrdə bu qədər insanla məclis keçirməyə icazə vardı”.  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO