Özbəkistanda konstitusiya dəyişir -  Şavkat Mirziyoyev yenə prezident seçilə bilər

Özbəkistanda konstitusiya dəyişir -  Şavkat Mirziyoyev yenə prezident seçilə bilər

Hazırda oxunan: Özbəkistanda konstitusiya dəyişir -  Şavkat Mirziyoyev yenə prezident seçilə bilər

133542

Bu gün Özbəkistanda konstitusiya mətninə dəyişiklik edilməsi ilə bağlı referendum keçirilir.

Bizim.Media xəbər verir ki, artıq parlamentin hər iki palatası və Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilmiş əsas qanunun mətnində maddələrin sayının 128-dən 155-ə, konstitusiya normalarının isə 275-dən 434-ə çatdırılması nəzərdə tutulur. Ümumilikdə əsas qanunun 65% yenilənməsi təklif edilir.

Konstitusiya referendumu prezident Şavkat Mirziyoyevin təşəbbüsü ilə keçirilib. 2021-ci ilin dekabrında o, əsas qanuna dəyişiklik etməyi və bunun üçün ümumxalq referendumunun keçirilməsini təklif edib.
2022-ci ilin mayında parlament düzəlişlər hazırlamaq üçün komissiya yaradıb və artıq iyul ayında Özbəkistanın 1992-ci ildə qəbul edilmiş Konstitusiyasına 200-ə yaxın dəyişikliyi nəzərdə tutan qanun layihəsi hazırlanıb.

Parlamentin qərarına əsasən, qanun layihəsinin ümumxalq müzakirəsi 2022-ci il iyulun 4-dək davam etməli idi. Lakin konstitusiyanın yeni redaksiyasında bu bölgənin statusunun dəyişdirilməsi ilə razılaşmamaq bəhanəsi ilə Qaraqalpaqstanda baş verən iğtişaşlar səbəbindən müzakirə müddəti bir neçə dəfə uzadılıb. Nəticədə Özbəkistanın tərkibində Qaraqalpaqıstanın suveren respublika statusunun saxlanılması qərara alınıb.

Ölkənin əsas qanununa edilən əsas əlavələrdən biri ölkə prezidentinin səlahiyyətlərinin 5 ildən 7 ilə uzadılması ilə bağlıdır. Hazırkı dövlət başçısı Şavkat Mirziyoyevin səlahiyyətləri sıfırlanacaq, yəni 2026-cı ildə o, üçüncü dəfə namizədliyini irəli sürə biləcək.
Digər dəyişikliyə əsasən eyni şəxs ardıcıl iki müddətdən artıq müəyyən vəzifəyə seçilə və ya təyin oluna bilməz. Söhbət parlamentin hər iki palatasının spikerlərindən, Özbəkistan prezidentindən (hazırkı konstitusiyaya uyğun olaraq), şəhər, rayon və vilayət xalq deputatları şuralarının və yerli administrasiyaların rəhbərlərindən, Ali Məhkəmənin, Hakimlər Ali Şurasının sədrləri və sədr müavinlərindən, MSK-nın rəhbəri və Baş prokurordan gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO