Bərdədə zəncirvari qəza – Ölən və yaralananlar var - FOTOLAR

Bərdədə zəncirvari qəza – Ölən və yaralananlar var - FOTOLAR

Hazırda oxunan: Bərdədə zəncirvari qəza – Ölən və yaralananlar var - FOTOLAR

13353

Bərdədə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Bizim.Media APA-nın Mingəçevir bürosuna istinadən xəbər verir ki, hadisə Yevlax-Bərdə avtomobil yolunda Bərdə postuna yaxın ərazidə baş verib.

Bərdə istiqamətdən hərəkətdə olan "Vaz -2106", "Vaz-2107" və "Haval" markalı avtomobillər toqquşub. Nəticədə “VAZ 2107”-də olan iki nəfər hadisə yerində ölüb.

Digər avtomobildə olan qadın, azyaşlı uşaq və sürücü ağır xəsarət alaraq Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır yol qəzası nəticəsində xəsarət alanların adları məlum olub.

Bunlar 1993-cü il təvəllüdlü Əhmədli Əhliman Kamal oğlu, 1993-cü il təvəllüdlü Əhmədli Ayşən Rafiq qızı və 2016-cı il təvəllüdlü Əhmədli Şəlalə Əhliman qızıdır. Məlumata görə, hər üç yaralı bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO