Cümşüd Nuriyev: “Fransızlar artıq “ASALA” üzvü kimi danışırlar”

Cümşüd Nuriyev: “Fransızlar artıq “ASALA” üzvü kimi danışırlar”

Hazırda oxunan: Cümşüd Nuriyev: “Fransızlar artıq “ASALA” üzvü kimi danışırlar”

133466

Fransa işğalçı erməni əsgərləri dəstəkləməkdə davam edir. Bir qrup fransız diplomatı İrəvana səfərləri zamanı işğalçı erməni əsgərləri barəsində danışarkən həyasızcasına bəyan ediblər ki, guya vətənin müdafiəsi yolunda şəhid olmuş yüzlərlə gənc əsgərin məzarını görəndə dərin duyğular yaşayıblar. 

Onlar ardınca bildiriblər ki,  Fransa öz gənclərinə sülh və firavanlıq gələcəyi təklif etmək üçün Ermənistanla işləyir.

Bizim.Media-ya açıqlamasında politoloq Cümşüd Nuriyev qeyd edib ki, Fransa zaman-zaman terroru dəstəkləyən, özü də terror həyata keçirən bir ölkə olub: 

“Fransa dünyanın müxtəlif yerlərində yaşayan yerli xalqlara qarşı terror həyata keçirib. Onlar Əlcəzairdə, Malidə terror hadisəsi törədiblər. Paris indi də erməni millətçiliyini Fransaya transfer etmək istəyir”. 

Həmsöhbətimiz bildirir ki, fransızlar artıq “ASALA” üzvü kimi danışırlar:

“Ən böyük faciələri də budur. Makron gələndən sonra Fransa tamam ağlını itirib. Belə əməllərilə onlar açıq şəkildə Fransa tarixinə ləkə yaxırlar. Bununla da, dünyaya Fransa inqilabını gətirən bu xalq və dövlətin adını Makron və yanındakı ermənilər pis günə qoyurlar. Fransanın maraqları qalıb bir kənarda, hazırda Makron ermənilərin problemlərilə məşğuldur.  O öz ölkəsini guya ağ günə çıxarıb, indi də Ermənistanı ağ günə çıxaracaq? Ona görə də onların bu təxribatlarına fikir verməməliyik”.

C.Nuriyev qeyd edir ki, ermənipərəstlər bu cür səhvlər buraxırsa, deməli Azərbaycan Prezidentinin apardığı siyasət düzgün siyasətdir:

“Deməli, ölkəmizin yürütdüyü siyasət güclüdür ki, ermənipərəstlər bu cür səhvlərə yol verirlər”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO