Alzeymer riski yaradan qidalar: Onlardan hansı daha zərərlidir?

Alzeymer riski yaradan qidalar: Onlardan hansı daha zərərlidir?

Hazırda oxunan: Alzeymer riski yaradan qidalar: Onlardan hansı daha zərərlidir?

133430

Bədənimiz üçün lazım olan sağlam yağlardan başqa bütün yağlar zərərli kateqoriyasında yer alır. Trans yağlar sağlamlığımızı riskə atır. Belə ki, insan sağlamlığı üçün son dərəcə zərərli olan yağların və işlənmiş qidaların alzeymer xəstəliyinə tutulma riskini artırdığı elmi şəkildə sübuta yetirilib. Alzeymer demansın ən çox yayılmış formasıdır.

Dünyada təxminən 50 milyon insan demensiyadan əziyyət çəkir və hər il təxminən 10 milyon yeni hal baş verir. 

Alzeymer xəstəliyi insanın yaddaşını və düşünmək, ünsiyyət qurmaq və gündəlik fəaliyyətlərini yerinə yetirmək qabiliyyətini tədricən məhv edən və inkişafda olan beyin xəstəliyidir. Alzeymer xəstəliyinin dəqiq səbəbi tam öyrənilməyib, lakin bunun genetik, ətraf mühit və həyat tərzi faktorlarının birləşməsini ehtiva etdiyinə inanılır. 

Hazırda alzeymer xəstəliyinin müalicəsi olmasa da, sağlamlığı qorumaq üçün müəyyən önləyici addımlar var. Məsələn, hər gün yediyimiz qidalar alzeymer xəstəliyinə səbəb ola bilir.

Araşdırmalar müəyyən qidaların alzeymer riskini təxminən 75 faiz artıra biləcəyini göstərib. 

Bəzi qidalardan uzaq durmaqla  bu xəstəlikdən qorunmaq olar. Bəs, alzeymer xəstəliyinə səbəb ola biləcək qidalar hansılardır?

Bizim.Media goodtoknowthis.com saytına istinadla faydalı məlumatları təqdim edir.

Trans yağ

Doymamış yağlar sağlamlıq üçün faydalı olsa da, trans yağ haqqında bunu demək olmaz. Trans yağların bədən tərəfindən emal edilməsi daha çətindir. Tədqiqatlar göstərib ki, trans yağlar Alzeymer riskini təxminən 75 faiz artırır. Təəssüf ki, bu yağlar hər gün fərqinə varmadan yediyimiz bir çox qidaların tərkibində var. 

Qida və Alzeymer 

Tədqiqat nəticəsində məlum olub ki, qanında trans yağ səviyyəsi yüksək olan insanların illər sonra Alzeymer xəstəliyinə və ya demans xəstəliyinə tutulma ehtimalı 75 faiz çoxdur. Trans yağlar  əsasən bir məhsulun daha yumşaq, ovulan olmasını təmin etmək üçün istifadə olunur. Məsələn, çips və krakerlərdə geniş istifadə olunur. Alzeymer xəstəliyinə səbəb olan bu yağlar məhsula yaxşı yayılma qabiliyyəti vermək üçün də istifadə olunur.

Trans yağ təkcə sağlamlığımız üçün zərərli hesab etdiyimiz  məhsullarda deyil, bəzi ət və süd məhsulları kimi daha təbii qidalarda da var. Buna görə də, alzeymer xəstəliyinin qarşısını almaq üçün hansı məhsullarda trans yağların olduğunu bilmək vacibdir. Hətta fıstıq əzməsində belə, bu yağlar ola bilər. 

Bu qidalardan uzaq durulmalıdır

Bekon, vetçina və ya hinduşka kimi emal edilmiş ətdən uzaq durmaq tövsiyə olunur.  Emal edilmiş ətdə nitrozaminlər var ki, bu da qaraciyərin beyin üçün zəhərli ola biləcək yağlar istehsal etməsinə səbəb olur.

Mozzarella çubuqları və ya Amerika pendiri kimi emal edilmiş pendirlər  bədəndə alzeymer ilə əlaqəli olan zülallar yaradır.

Alkoqolun tərkibində də alzeymer xəstəliyi ilə əlaqəli olan nitritlər var.

Süd məhsulu olmayan bir çox qəhvə kremlərində trans yağlardan istifadə edirlər. 

Marqarin bəzən kərə yağına daha sağlam bir alternativ kimi satılır, lakin bəzi növlər əslində hər xörək qaşığına iki qrama qədər trans yağ ehtiva edir.

Kartof qızartması və balıq çubuqları kimi qızardılmış qidalar: Onların tərkibində alzeymer xəstəliyinə səbəb olan çoxlu miqdarda trans yağ var.

Tortlar, konfet, düyü, çörək və makaron daxil olmaqla ağ qidalar: Bunları istehlak etmək insulin istehsalında sıçrayışa səbəb olur və beyinə toksinlər göndərir.

Məhsulun tərkibində hansı növ yağ olduğunu öyrənmək üçün hər zaman inqrediyentlər siyahısını yoxlamaq tövsiyə olunur. Əgər yağlara çox diqqət yetirilsə, alzeymer riskini azaltmaq olar.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO