Cansu Bektaşın İrəvanda qazandığı qızıl medal İlham Əliyevə hədiyyə edilib - VİDEO 

Cansu Bektaşın İrəvanda qazandığı qızıl medal İlham Əliyevə hədiyyə edilib - VİDEO 

Hazırda oxunan: Cansu Bektaşın İrəvanda qazandığı qızıl medal İlham Əliyevə hədiyyə edilib - VİDEO 

133369

Xəbər verdiyimiz kimi, aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər.  

Bizim.Media xəbər verir ki, Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü Cansu Bektaşın İrəvanda qazandığı qızıl medalı Azərbaycan Prezidentinə hədiyyə edib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir”


“Bizim də hədiyyələrimiz var, cənab Prezidentim, onları da verərdik. Hörmətli cənab Prezidentim. Bu, Ermənistanda qazandığımız ilk qızıl medallardan biridir. Cansu qızımızın ərməğan etdiyi medaldır. Bunu ölkəm, ağırlıqqaldırma qurumumuz və Cansu adından qəbul etməyinizi Sizdən xahiş edirəm”, - deyə T. Ünlü qeyd edib. 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO