Göygöldə cüdo üzrə Avropa Kuboku keçiriləcək

Göygöldə cüdo üzrə Avropa Kuboku keçiriləcək

Hazırda oxunan: Göygöldə cüdo üzrə Avropa Kuboku keçiriləcək

133324

Azərbaycan ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinə ev sahibliyi edəcək.  

Bizim Media xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq yarış 6-7 may 2023-cü ildə Göygöl Olimpiya İdman Kompleksində baş tutacaq.  

Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində olan turnirdə 20 ölkədən (Türkiyə, Gürcüstan, İsrail, Polşa, Monqolustan, Fransa, Portuqaliya və s.) 300-ə yaxın idmançı iştirak edəcək.
Avropa Kuboku regionda təşkil edilən cüdo üzrə ilk rəsmi beynəlxalq statuslu yarışdır. Yarışın təşkili cüdo idman növünün ölkəmizin regionlarında kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılmasına müsbət təsir göstərəcək.  

Eyni zamanda, turnirin Ümummilli Lider Heydər Əliyev 100 illik yubileyinə həsr olunması onun Azərbaycanın güclü idman ölkəsi kimi tanıdılması baxışına sadiqliyimizi göstərir.   

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası növbəti illərdə də Avropa Kubokunun ölkəmizdə ənənəvi şəkildə təşkil edilməsi ilə bağlı Avropa Cüdo Birliyi ilə əməkdaşlıq etməyə davam edəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO