«Milonovun Azərbaycana qarşı fikirlərinə Rusiya heç bir qiymət vermədi» - Şevçenko

«Milonovun Azərbaycana qarşı fikirlərinə Rusiya heç bir qiymət vermədi» - Şevçenko

Hazırda oxunan: «Milonovun Azərbaycana qarşı fikirlərinə Rusiya heç bir qiymət vermədi» - Şevçenko

13328

"Xocalı soyqırımını heç kəs unutmamalıdır. Biz bu faciənin baş vermə səbəbini anlamalıyıq".

"Bunun səbəbi Azərbaycan və erməni xalqı arasındakı münaqişə deyil. Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbə ilə əslində erməni xalqını da azad etmiş oldu".

Bizim.Media xəbər verir ki,bunu rusiyalı jurnalist, ictimai xadim Maksim Şevçenko Moskvada Xocalı soyqırımı qurbanlarının anım gecəsində çıxışında bildirib.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Şevçenkonu ölümlə hədələdi - sırada Korotçenkodur


M. Şevçenko deyib ki, ermənilər nə vaxtsa bunu anlayacaqlar: “Mənə elə gəlir ki, artıq anlamağa başlayıblar. Cənubi Qafqaz əməkdaşlıq zonası olmalıdır. İnsanlar müharibə etməməlidirlər.

Düşünməməlidirlər ki, burada Strabon, Heredot dövründə kim yaşayıb. Onlar ticarət, həyatlarını yaxşılaşdırmaq haqqında düşünməlidirlər. Sərhədləri açmalıdırlar. Milliyyətçilikdən əl çəkməlidirlər”.

Rusiyalı jurnalist qeyd edib ki, İkinci Qarabağ müharibəsində Gəncəyə raketin atılması Xocalının davamı idi:

“Mən bu hadisədən sonra Gəncədə, “Skad” raketlərinin düşdüyü yerdə oldum. Raketin atıldığı yerdə heç bir hərbi obyekt yox idi. Bu, dinc əhalini məhv etmək üçün atılmışdı. Bu raketi atanlarla Xocalını törədənlər eyni adamlardı. Gəncə terroru Xocalının davamı idi.

Nə qədər ki, Rusiyada, Ermənistanda, Avropada, Qərbdə olan məlum milliyyətçi qüvvələr layiqli qiymətini almayacaq, bunun davam olacaq.

Əziz azərbaycanlılar, biz Rusiya xalqının nümayəndələri, dünyanın sağlam düşüncəli insanları sizinləyik, nasimzə, rasizmə qarşı mübarizədə sizinləyik.

 

Ona görə də, Xocalı yaddaşı sadəcə kədərli gün deyil, həm də bizim mübarizəmizin davam etməsidir. İkinci Qarabağ müharibəsi təkcə torpaqların işğaldan azad edilməsi, Xocalının qisası deyil, həm də vaxtı ilə babalarımızın vuruşduğu nasizmə qarşı müharibə idi.


Təəssüflər olsun ki, biz bu gün Rusiyada ikili standartlı yanaşmanı görürük. Haqlı mövqeyi olan azərbaycanlı jurnalist işini itirir, lakin Azərbaycanı açıq təhqir edən deputat Vitali Milonov barəsində heç bir tədbir görülmür. Milonovun Azərbaycana münasibətdə nasist fikirlərinə Rusiya cəmiyyəti tərəfindən heç bir qiymət verilmədi”. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO