Ermənistan terror əməllərindən əl çəkmir - VİDEO 

Ermənistan terror əməllərindən əl çəkmir - VİDEO 

Hazırda oxunan: Ermənistan terror əməllərindən əl çəkmir - VİDEO 

133264

“Caliber”in “YouTube” kanalı ermənilərin terror təşkilatlarının törətdiyi siyasi qətllər və Ermənistanın “terror ənənələri”ndən imtina etmək fikrində olmadığı barədə süjet hazırlayıb. 

Bizim.Media xəbər verir ki, süjetdə Azərbaycan Demokratik Respublikası və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatı zamanı Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920-22-ci illərdə Azərbaycanın baş naziri Fətəli xan Xoyski, parlamentin sədr müavini Həsən bəy Ağayev, daxili işlər naziri Behbud xan Cavanşir və baş naziri Nəsib bəy Yusifbəylinin qətlə yetirildiyi  bildirilib. 

Müəllif qeyd edir ki, terror əməllərini legitimləşdirən Nikol Paşinyan bununla elektoratı qarşısında “günahlarını yuyur”. 

“Ermənistan qonşu dövlətlərin ərazisinə iddia etməməlidir” deyən Paşinyan digər tərəfdən, İrəvanın mərkəzində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışına şərait yaradır”, – müəllif qeyd edir.

Qeyd edək ki, aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılışı baş tutub. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO