Şəmkirdə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, toy karvanında hərəkətdə olan avtomobil maneəyə çırpılıb.
Şəmkir şəhərində toy mərasimi başa çatdıqdan sonra şadlıq evindən çıxıb hərəkət edən avtomobil karvanında "VAZ-21021" markalı maşın idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü 1999-cu il təvəllüdlü S.Yusifov və avtomobildə sərnişin qismində olan daha bir şəxs yaralanıb. O, dərhal xəstəxanaya aparılıb, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə, sürücü toyu olan bəyin qardaşıdır. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:12 / 28.04.2023
Şəmkirdə bəyin qardaşı toydan sonra XƏSTƏXANALIQ OLDU
Hazırda oxunan: Şəmkirdə bəyin qardaşı toydan sonra XƏSTƏXANALIQ OLDU
Hazırda oxunan: Şəmkirdə bəyin qardaşı toydan sonra XƏSTƏXANALIQ OLDU
133211
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.