Moldova Prezidenti: “Ölkəmiz Ukraynanın sülh planını dəstəkləyir”

Moldova Prezidenti: “Ölkəmiz Ukraynanın sülh planını dəstəkləyir”

Hazırda oxunan: Moldova Prezidenti: “Ölkəmiz Ukraynanın sülh planını dəstəkləyir”

133197

Moldova Prezidenti Maya Sandu Kişinyovda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu haqda dövlət başçısının Mətbuat xidməti məlumat yayıb. 

“Dövlət başçısı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə qonşu ölkədəki vəziyyəti və regionda təhlükəsizlik çağırışlarını müzakirə edib və Moldova Respublikasının Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib. Sandu qeyd edib ki, ölkəmiz Ukraynanın sülh planını dəstəkləyir”, - deyə məlumatda qeyd olunub. 

Moldova Prezidentinin mətbuat xidməti bildirib ki, Sandu və Kuleba Kiyev və Kişinyovun Avropaya inteqrasiya kursundan da danışıblar.

Nazirlikdən bildirilib ki, tərəflər iki ölkənin Avropa İttifaqına daxil olması prosesinin sürətləndirilməsi üçün zəruri olan islahatların həyata keçirilməsində qarşılıqlı yardımın yollarını müzakirə ediblər. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO