Röya Ayxan dulusçuluq sahəsində bacarığını sınadı - FOTO 

Röya Ayxan dulusçuluq sahəsində bacarığını sınadı - FOTO 

Hazırda oxunan: Röya Ayxan dulusçuluq sahəsində bacarığını sınadı - FOTO 

133175

Tanınmış müğənni, xalq artisti Röya Ayxan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin qonağı olub. 

Qurumdan Bizim.Media-ya verilən məlumata görə, mərkəzlə tanışlıq zamanı qonaq yaradıcılıq studiyalarındakı təlim prosesi ilə maraqlanıb, dulusçuluq sahəsində bacarığını sınayıb. 

Mərkəzdə təlim alan həssas əhali qruplarına aid şəxslərin hazırladıqları əl işləri və yaradıcılıq mühiti qonaqda xoş təəssürat yaradıb. 

Musiqi studiyasında Mərkəz üzvlərinin çıxışlarını dinləyən ifaçı onlara qoşulub. 

Xalq artisti benefisiarlarla birlikdə Mərkəzin estrada ansamblının müşaiyəti ilə repertuarından sevilən mahnıları canlı ifa edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO