ABŞ səfirliyinin yüksək vəzifəli diplomatı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Mənbə etiraz təqdim edilən diplomatın adını yazmayıb və qeyd edib ki, etiraz notası rusiyalı jurnalistlərə ABŞ-a getmək üçün vizanın verilməməsi ilə bağlıdır.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-York-da keçirilən BMT Təhlükəsizlik Şurasına sədrlik etmək üçün bu ölkəyə səfər edib. Media nümayəndələri də Rusiyanın baş diplomatını müşayiət edəcəkmiş.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov mövzu ilə bağlı bildirib ki, Rusiya ilə ABŞ arasında münasibətlər tamamilə dağılmış vəziyyətdədir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:06 / 27.04.2023
Rusiya ABŞ səfirliyinin yüksək vəzifəli diplomatına etiraz notası verdi
Hazırda oxunan: Rusiya ABŞ səfirliyinin yüksək vəzifəli diplomatına etiraz notası verdi
Hazırda oxunan: Rusiya ABŞ səfirliyinin yüksək vəzifəli diplomatına etiraz notası verdi
133140
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.