Xaricdən ət idxalı çoxalır, qiymətlər isə BAHALAŞIR – Çözüm nədir?

Xaricdən ət idxalı çoxalır, qiymətlər isə BAHALAŞIR – Çözüm nədir?

Hazırda oxunan: Xaricdən ət idxalı çoxalır, qiymətlər isə BAHALAŞIR – Çözüm nədir?

133065

Bu ilin 3 ayında ölkəmizə ət idxalı 24 faiz artıb. Bu son illərdə qeydə alınan ən böyük artım tempidir.

Bu isə ölkəmizin ərzaq təhlükəsizliyi üçün ciddi təhdiddir. Nəzərə alaq Azərbaycan aqrar ölkədir. Aqrar ölkənin zəruri ərzaq ehtiyacının 24 faizi idxal hesabına ödənilirsə, bu artıq nələrinsə yolunda getmədiyinin göstəricisidir. Və bu barədə ciddi düşünməyə və tədbirlər görməyə əsas yaradır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, ölkəmizdə heyvandarlıq sahəsində çox ciddi problemlər var:
 

MÖVZU İLƏ BAĞLI:

Əkəndə də, yeyəndə də ORTAQ QARDAŞLIQ – Ölkəmizdə fermerlər kooperativlərdə birləşə bilirlərmi?


“Son 7-8 ildə pambıqçılığın inkişaf etdirilməsi məqsədi ilə örüş yerləri əkin dövriyyəsinə qatıldı. Beləcə, heyvandarlığın arealı daralır. Areal daraldıqca istehsal aşağı düşür. İstehsal aşağı düşdükcə qiymətlər bahalaşır. Üstəgəl, idxal çoxalır.

Dediyimiz səbəblər üzündən Azərbaycanda heyvandarlıq sektoru ilbəil geri gedir. Yerli istehsal azaldıqca təbii ki, ehtiyaclar idxal hesabına ödənilir. Bu isə yaxşı hal deyil”.

Akif Nəsirli idxal edilən ətin keyfiyyətcə yerli məhsulları əvəz edə bilmədiyini də vurğulayıb:

“Biz çox nadir hallarda mağazalarda xarici ət satıldığını görürük. İdxal edilən ət, əsasən, qapalı təşkilatların və digər dövlət müəssisələrinin ehtiyacları üçün istifadə edilir. İdxal nə qədər çox olsa da, bu yerli ehtiyacları tam ödəyə bilmir. Əhali daha çox yerli heyvandarlıq məhsulları istehlak edirlər. Ona görə də qiymətlər günbəgün bahalaşır. 

Quzu ətinin kiloqramı artıq 18 manatdır. Yaxın vaxtlarda bazara yerli kənd təsərrüfatı məhsulları çıxacaq. Bu ətə olan tələbatı bir qədər azaldacaq. Ona görə də payıza qədər ətin qiyməti sabit qalacaq. Amma payızda ətin qiyməti kəskin bahalaşacaq.
Bu bahaçılığın qarşısını almaq üçün heyvandarlığın inkişafına şərait yaratmalıyıq. Pambıqçılığa və digər əkinlərə görə heyvandarlığı riskə atmaq olmaz. Çünki, pambıqdan fərqli olaraq heyvandarlıq ölkənin ərzaq təhlükəsizliyində mühüm yer tutur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO