“5 yaşlı uşaq I sinifə gedə bilməz” - Nazirlik rəsmisi 

“5 yaşlı uşaq I sinifə gedə bilməz” - Nazirlik rəsmisi 

Hazırda oxunan: “5 yaşlı uşaq I sinifə gedə bilməz” - Nazirlik rəsmisi 

133043

“5 yaşlı uşaq I sinfə gedə bilməz. Onlar məktəbəhazırlıq qruplara qəbul ola bilərlər və prosesə avqust ayında başlayacaq”. 

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov “Təhsil masası”nda deyib. 

Nazirlik rəsmisi bildirib ki, məktəbəhazırlıq qrupuna cəlb edilən uşaq təhsilini elə həmin məktəbdə davam etdirərsə, sistem özü həmin valideynin övladını avtomatik qeydiyyata salır. 

Qeyd edək ki, mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO