“Whatsapp”da YENİLİK: Avtomatik silinən mesajları yaddaşda saxlamaq olacaq

“Whatsapp”da YENİLİK: Avtomatik silinən mesajları yaddaşda saxlamaq olacaq

Hazırda oxunan: “Whatsapp”da YENİLİK: Avtomatik silinən mesajları yaddaşda saxlamaq olacaq

132742

“Whatsapp” tərtibatçıları messencerə yaxın zamanda əlavə ediləcək yeni funksiya üzərində çalışırlar.

Bizim.Media xəbər verir ki, istifadəyə veriləcək yeni funksiya avtomatik olaraq silinən mesajları əhatə edəcək.  
 

MÖVZU İLƏ BAĞLI:

“WhatsApp”da daha bir YENİLİK: Foto, video göndərərkən…


Belə ki, bu cür mesajı qəbul etmiş şəxs yeni funksiya vasitəsilə həmin mesajı yaddaşda saxlaya biləcək.

Lakin bunun reallaşdırılması üçün avtomatik olaraq silinən mesajı göndərmiş şəxsin buna razılıq verməsi lazım gələcək. Avtomatik olaraq silinən mesaj nəticə etibarilə onu göndərmiş şəxs tərəfindən hələ də idarə edilən olacaq. 

Bu cür mesajı qəbul etmiş şəxs onu yaddaşda saxlamaq istəyən zaman mesajı göndərmiş şəxs bu barədə bildiriş əldə edəcək. Bildirişi əldə edəndən sonra mesajı göndərmiş şəxs həmin mesajın ikinci şəxsdə qalıb-qalmamasına qərar verəcək.

Mesajı göndərmiş şəxs müsbət cavab verdiyi halda mesaja qovluq işarəsi əlavə ediləcək və o, yaddaşda saxlanmş mesajlar qovluğuna düşəcək.  

Sözügedən funksiya yaxın həftələrdə Whatsapp-ın stabil versiyasına əlavə edilməlidir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO