Paşinyanın istefasını tələb edənlər parlamentin qarşısına toplaşırlar - VİDEO

Paşinyanın istefasını tələb edənlər parlamentin qarşısına toplaşırlar - VİDEO

Hazırda oxunan: Paşinyanın istefasını tələb edənlər parlamentin qarşısına toplaşırlar - VİDEO

13270

Ermənistan baş naziri Nikol Paşinyana müxalif olan insanlar İrəvan parlamentinin önündə yeni mitinqə toplaşırlar.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, şənbə günü mitinqinə bir gün əvvələ nisbətən daha çox adam gəlir. 

Mitinqin təşkilatçıları Bağramyan prospektində səhnə qurublar. Polislər parlamentə əlavə qüvvələr cəlb ediblər. Parlament boyunca polislər düzülüb,  prospektdə çox sayda avtobus və polis maşını var.

Paşinyanın “İskəndər” raketi barədə anlaşılmaz sözlərindən sonra İrəvanda növbəti siyasi böhran başlayıb.

Mətbuatda yayılan məlumatlara görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini baş naziri işlətdiyi ifadələrə görə lağa qoyub, onun ardınca baş qərargah rəisinin istefası prezidentə təklif edilib.

Cümə axşamı səhər Ermənistan Silahlı Qüvvələri Paşinyanın istefasını tələb edən bir bəyanat yayıb. Baş nazir bunu bir çevriliş cəhdi kimi qiymətləndirib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb.

Bu vaxt müxalifət barrikadalar qurub və parlamentin yaxınlığında düşərgə quraraq baş nazirin istefasını tələb ediblər.

Əsas qanuna görə, prezident üç gün ərzində baş nazirin təklifini geri qaytara bilər. Hökumət başçısı bunu qəbul etməsə, prezident müvafiq sənədi imzalamalı və ya Konstitusiya Məhkəməsinə müraciət etməlidir. 

Prezident bu tələbləri yerinə yetirməsə, müvafiq akt avtomatik olaraq qüvvəyə minməlidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO