Niyam Aynuru dostluğundan SİLDİ: “Mənə düşmən kəsilən insanlarla restoran açmamalı idi” - VİDEO

Niyam Aynuru dostluğundan SİLDİ: “Mənə düşmən kəsilən insanlarla restoran açmamalı idi” - VİDEO

Hazırda oxunan: Niyam Aynuru dostluğundan SİLDİ: “Mənə düşmən kəsilən insanlarla restoran açmamalı idi” - VİDEO

132604

Bir zamanlar bir-birinə “can deyib, can eşidən”, aralarında su belə keçməyən müğənnilər Niyam Səlami ilə Aynur Dadaşovanın münasibətləri körlanıb. 

Bizim.Media xəbər verir ki, bu haqda Niyam “Səhər mərkəzi” verilişinə müsahibəsində deyib. 

Səlami düşmən kəsildiyi insanlarla Dadaşovanın iş birliyi quraraq restoran açmasına “od püskürüb” və Aynuru dost siyahısından çıxartdığını dilə gətirib: 

“Aynur başqa restoranla çalışmalı idi. Mənə düşmən kəsilən insanlarla iş görməməli idi. İndi Aynurla yaxın münasibətlərim yoxdur. Allah elə dostları insandan uzaq etsin. Aynur Dadaşovaya yenə də hörmət edirəm. Amma “göpçu” kimi.

Birlikdə oxuduğumuz duetləri “YouTube”dan sildirirəm. “Seviyorum” mahnımızı da oradan yığışdırıram. Oxudun, əcəb elədin! Sən duet oxuduğun insana hörmət eləmirsənsə, səninlə ümümiyyətlə heç nəyimi bölüşmək istəmirəm”. 

Sözügedən proqramın canlı efirində qonaq olan Aynur Dadaşova isə Niyamın qalmaqallı fikirlərini bu cür reaksiya verib: 

“Niyamın bu sözləri ilk dəfə biznes qurduğu insanlaradır. Ortada isə mən qalıram. Niyə? Onu bilmirəm. Yenə də Niyamın bu fikirlərinə hörmətlə yanaşıram. Mənim kimi güclü insan yoxdur. Amma demişəm, deyirəm, deyəcəyəm ki, dost dediyim insana qarşı aqressiv ola, artıq söz deyə bilmərəm. Bu böyüklərimdən, ailəmdən aldığım tərbiyədir.
Dost haqqında pis söz demək olmaz. Bu məsələni buraxaq zamana. Zaman özü hər şeyi həll edəcək. Zaman gələn haqqımda dediklərinin yaxşı olmadığını anlayar və deyər. Amma Niyam dostum, canım, ciyərimdir. Niyam səni çox istəyirəm, nə qədər hirslənirsən, hirslən”.  
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO