Türkiyənin 21 vilayətində antiterror ƏMƏLİYYATI - 110 nəfər saxlanıldı

Türkiyənin 21 vilayətində antiterror ƏMƏLİYYATI - 110 nəfər saxlanıldı

Hazırda oxunan: Türkiyənin 21 vilayətində antiterror ƏMƏLİYYATI - 110 nəfər saxlanıldı

132573

Türkiyənin 21 vilayətində antiterror əməliyyatları keçirilib, 110 nəfər saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. 

Bildirilib ki, əməliyyatlar Diyarbəkir, Bursa, Siirt, Mardin, Qaziantep, İstanbul, Bingöl, Batman, İzmir, Mersin, Şanlıurfa, Van, Şırnak, Muş, Bitlis, Hakkari, Osmaniye, Sivas, Malatya, Ankara və Adıyamanda həyata keçirilib. 
PKK-KCK terror təşkilatını maliyyələşdirən, gəncləri aldadaraq təşkilata cəlb edib onların iştirakı ilə müxtəlif terror əməllərinin təşkilini sifariş verən, Halkların Demokratik Partisi (HDP) bələdiyyələrindən bəzi şirkətlər vasitəsilə təşkilata pul köçürən şübhəli şəxslərin ünvanlarına baxış keçirilib. 

Qeyd edək ki, hazırda əməliyyatlar davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO