Ukraynanın əks-hücum əməliyyatının DETALLARI 

Ukraynanın əks-hücum əməliyyatının DETALLARI 

Hazırda oxunan: Ukraynanın əks-hücum əməliyyatının DETALLARI 

132555

Ukrayna silahlı qüvvələri işğal olunmuş ərazilərin azad edilməsi üçün əks-hücum əməliyyatına hazırlaşır. Əməliyyatda ordunun təxminən 16 motoatıcı briqadası iştirak edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi  jurnalistlərə açıqlama verib.

Mənbə yazır ki, döyüşlərə Qərbin verdiyi ağır texnika və uzaqmənzilli artilleriya daxil ediləcək:

"Bu, əsasən hücumun zərbə qüvvəsinə çevriləcək".

Xatırladaq ki, Pentaqon əks-hücum əməliyyatı ilə bağlı mətbuata gizli sənəd sızdırmışdı. Ukrayna Baş Qərargahının fikrincə, bu, planlaşdırılan əməliyyata mənfi təsir göstərməyəcək, çünki təfərrüatlar sosial şəbəkələrdə öz əksini tapmayıb.

Hazırda yeni ordu briqadalarının komplektləşdirilməsi sürətləndirilmiş templə davam edir. Ukraynaya lazımi silahlar sürətlə çatdırılır:

Patriot, NASAMS, İRIS-T hava hücumundan müdafiə sistemləri, HARM raketləri, JDAM, Himars hava bombaları, Abrams, Challenger, Leopard tankları və s.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO