“Qarabağ”ın keçmiş futbolçusu Kadi oyun zamanı huşunu itirdi

“Qarabağ”ın keçmiş futbolçusu Kadi oyun zamanı huşunu itirdi

Hazırda oxunan: “Qarabağ”ın keçmiş futbolçusu Kadi oyun zamanı huşunu itirdi

132521

“Krasnodar”ın yarımmüdafiəçisi Kadi Borxes Rusiya Premyer Liqasının 24-cü turunun “Spartak”la oyununda ciddi zədələnib.

Bizim.Media xəbər verir ki, ikinci hissənin əvvəlində o, hava mübarizəsində “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə toqquşub.

Kadi başını rəqibin çiyninə vuraraq yerə yıxılıb.

Bir neçə saniyə huşunu itirən futbolçunun dilini udmaması üçün ona ilkin tibbi yardımı Cikiya özü göstərib.

Bundan sonra Borxes özünə gəlsə də, görüşü davam etdirə bilməyib. Onu meydandan elektromobillə aparıblar.

Qeyd edək ki, 27 yaşlı braziliyalı futbolçu 2021-2023-cü illərdə “Qarabağ”ın formasını geyinib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO