3-cü Avropa Oyunlarında ölkəmizi təmsil edəcək karateçilər - ADLAR

3-cü Avropa Oyunlarında ölkəmizi təmsil edəcək karateçilər - ADLAR

Hazırda oxunan: 3-cü Avropa Oyunlarında ölkəmizi təmsil edəcək karateçilər - ADLAR

132494

Polşada keçiriləcək 3-cü Avropa Oyunlarında ölkəmizi təmsil edəcək karateçilər bəlli olub.

Bizim.Media Oyunların rəsmi saytına istinadla xəbər verir ki, mötəbər yarışda səkkiz karateçimiz medallar uğrunda mübarizə aparacaq.

Kişilərin yarışında ölkəmizin idman şərəfini Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) qoruyacaqlar.

Qadınların mübarizəsində Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) medallar uğrunda yarışacaqlar.

Üçüncü Avropa Oyunlarının karate yarışlarında 20 ölkədən 96 idmançı mübarizə aparacaq.

Krakov şəhərində təşkil olunacaq Avropa Oyunlarına iyunun 21-də start veriləcək. Yarışın bağlanış mərasimi iyulun 2-də keçiriləcək. Karate yarışları isə iyunun 22-23-də baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO