İrandan Rusiyaya silah DAŞINIR

İrandan Rusiyaya silah DAŞINIR

Hazırda oxunan: İrandan Rusiyaya silah DAŞINIR

132476

"Xəzər dənizi vasitəsilə İrandan Rusiyaya külli miqdarda artilleriya mərmisi və digər döyüş sursatları daşınır”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın “The Wall Street Journal” nəşri yazıb.

Bildirilib ki, son 6 ayda İrandan Rusiyaya 300 mindən çox artilleriya mərmisi və bir milyon patron daşınıb:

"Bu daşınmalar Rusiyanın gəmiləri vasitəsilə həyata keçirilir".

Yaxın Şərqdəki rəsmilərin məlumatına görə, İran silahlarının sonuncu partiyası martın əvvəlində Rusiyanın “Rəsul Qəmzətov” yük gəmisi ilə göndərilib. Gəmi 2000 artilleriya mərmisi olan 1000 konteyner daşıyıb.

İranın BMT-dəki nümayəndə heyəti və Rusiya Müdafiə Nazirliyinə bu barədə sorğu göndərilsə də, onlar açıqlama verməyiblər.

Nəşrin yazdığına görə, ABŞ və müttəfiqləri Rusiyanın İrandan silah tədarükünü dayandırmaq üçün yollar axtarırlar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO