“Sumqayıt”ın baş məşqçisi: “Oyunu mən uduzdum”

“Sumqayıt”ın baş məşqçisi: “Oyunu mən uduzdum”

Hazırda oxunan: “Sumqayıt”ın baş məşqçisi: “Oyunu mən uduzdum”

132383

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 31-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. 

Bizim.Media xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Səmimi olacağam: hərdən oyundan sonra aqressiv danışırıq. Otaqda gedib sakitləşdim. Soyunub-geyinmə otağına gedib futbolçulardan üzr istədim. Baş məşqçi olaraq mən uduzdum. Əvəzetmələr bizi məhv etdi. Günahkar mənəm. Azarkeşlərdən üzr istəyirəm. Son dəqiqələrdə qol vursaydıq, bəlkə də, bu sözləri deməzdim. Oyunun gedişatında düşünürdüm ki, görəsən, bunları niyə etdim? Səhvimdən dolayı uduzduq. Biz də insanıq, səhvlər edirik. Ən yaxşı edə biləcəyimiz bundan sonra toparlanmaqdır. Ümid edirəm ki, bu durumdan çıxarıq. Turnir cədvəlində üst sıralarda olsaq da, bu, bizi rahatlaşdırmır. Həddindən artıq çətin səfər oyunları bizi gözləyir”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO