Lerikdə bir ailənin 4 üzvünün ölüm səbəbi AÇIQLANDI

Lerikdə bir ailənin 4 üzvünün ölüm səbəbi AÇIQLANDI

Hazırda oxunan: Lerikdə bir ailənin 4 üzvünün ölüm səbəbi AÇIQLANDI

132344

Lerikdə 4 nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin səbəbi məlum olub.

Bizim.Media xəbər verir ki, Tikəband kənd sakini, 1941-ci il təvəllüdlü Sərnaz Tahirova həyətdəki hovuza yaxınlaşaraq su nasosunu işə salmaq istəyib. Lakin nasosun nasazlığı səbəbindən suya elektrik cərəyanının ötürülməsindən xəbərsiz olub.
 

MÖVZU İLƏ BAĞLI:

Lerikdə bir ailənin 4 üzvünü “tok” öldürdü - ADLAR


Elektrik xəttini qoşan qadını cərəyan vurub və o, hovuza yıxılıb. Nasosun suya cərəyan ötürməsindən xəbərsiz olan ailə üzvləri yaşlı qadını sudan çıxarmağa cəhd ediblər.

Faciə də bu zaman baş verib. Ailənin daha 3 üzvü də cərəyan keçiriciliyi sayəsində həyatını itirib.

Qeyd edək ki, onlar bir ailənin üzvləridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO