Zaxarova ABŞ-ı ittiham etdi: “Rusiyalı jurnalistlərin hüquqları pozulub” - VİDEO

Zaxarova ABŞ-ı ittiham etdi: “Rusiyalı jurnalistlərin hüquqları pozulub” - VİDEO

Hazırda oxunan: Zaxarova ABŞ-ı ittiham etdi: “Rusiyalı jurnalistlərin hüquqları pozulub” - VİDEO

132341

Rusiyalı jurnalistlər hələ də ABŞ vizası almayıblar. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün ABŞ-a yollanır.

“Jurnalistlərin Nyu-Yorka uçuşuna 40 dəqiqə qalıb. Hələ də onların hamısı hava limanındadır, viza verilməyib. Amerika səfirliyi isə bunu belə cavablandırıb: “Biz bunun üzərində işləyirik”. Söz azadlığı və jurnalistlərin hüquqları mövzusunun manipulyasiyası göz qabağındadır”, - Zaxarova Telegram kanalında yazıb.

Lavrov isə vəziyyəti şərh edərək ABŞ-ı “qorxaqlıqda” ittiham edib:

“Özünü ən güclü, ən ağıllı, ən azad, ən ədalətli adlandıran ölkə qorxuya düşüb”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO