Azərbaycanın mülki döyüşçüləri: XALQIMIZIN NÖVBƏTİ QƏLƏBƏSİ

Azərbaycanın mülki döyüşçüləri: XALQIMIZIN NÖVBƏTİ QƏLƏBƏSİ

Hazırda oxunan: Azərbaycanın mülki döyüşçüləri: XALQIMIZIN NÖVBƏTİ QƏLƏBƏSİ

132333

“Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması xəbəri son ayların olduqca sevindirici xəbəridir”.

Bizim.Media xəbər verir ki, bunu İnterpress.az-a açıqlamasında Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurdu


Onun sözlərinə görə, bu, bir daha onu göstərir ki, güc birlikdədir, güc vəhdətdədir, güc Prezidentin ətrafında sıx və bir yumruq kimi birləşməkdədir:

“Bu Vətən hamımızındır, Vətənimizin qorunmasında və mühafizəsində təkcə hərbçilərimizin və silahlı qüvvələrimizin deyil, vətəndaş cəmiyyətinin, eləcə də xalqın hər bir sıravi nümayəndəsinin rolu və zəhməti var.

Nə az, nə çox – düz, dörd aydan çoxdur ki, Laçın-Xankəndi yolunda etiraz edən aksiya iştirakçılarının zəhmətləri öz bəhrəsini verməkdədir. Hələ ötən ilin dekabr ayından etibarən etirazlara başlayan aksiya iştirakçılarının tələblərindən biri də yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması idi.

Biz bunu bacardıq, bu hadisə bir daha onu göstərir ki, Azərbaycanda hərbçi olub-olmamasından, hərbi forma geyinib-geyinməməsindən asılı olmayaraq hər bir vətəndaş döyüşçüdür!”.

Qeyd edək ki, T.Allahverdili Laçın-Xankəndi yolunda keçiriləm etiraz aksiyasının təşəbbüskarlarından və iştirakçılarından biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO