Azərbaycan Premyer Liqasında XXXI turun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, bu gün iki qarşılaşma keçirilib.
Günün ilk matçı Tovuzda baş tutub. Burada yerli "Turan Tovuz" "Sabah"ı qəbul edib. Oyun qonaqların 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hər iki qolu Aleksey Kaşuk vurub. İkinci oyunda isə "Səbail" öz meydanında "Neftçi"ni qəbul edib. “Neftçi” oyunda hesabı açsa da, qələbəni qoruya bilməyib. Görüş 1-1 hesabı ilə yekunlaşıb.
22 aprel (şənbə)
“Turan Tovuz” – “Sabah” 0:2
Qollar: Aleksey Kaşuk, 28, 66
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Tovuz şəhər stadionu, 16:00
“Səbail” – “Neftçi” 1:1
Qollar: Maksim Çex, 32 - Yeqor Boqomolski, 8
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Emin Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”, 18:
Rəşad Rafiqoğlu, Bizim.Media