Şimal bölgəsinə yağan yağışın faydası çox oldu, yoxsa zərəri? – FOTO

Şimal bölgəsinə yağan yağışın faydası çox oldu, yoxsa zərəri? – FOTO

Hazırda oxunan: Şimal bölgəsinə yağan yağışın faydası çox oldu, yoxsa zərəri? – FOTO

132183

Aprelin 21-də suvarma və kənd təsərrüfatı ilə məşğul olan rəsmilərin, şimal bölgəsindəki rayonların icra başçılarının bir yerə yığışıb, susuzluq probleminə çarə axtarmasından sonra, sanki təbiət də insafa gəldi. 

Xəbər verdiyimiz kimi, şimal bölgəsində ötən gecə hava qeyri-sabit, yağıntılı olub.  

Maraqlıdır, həm fermerlərin, həm də rəsmilərin suvarma suyu problemindən narahat olduğu bir vaxtda yağan yağışın faydası, ya zərəri daha çox olacaq? 

Qubada yaşayan biologiya üzrə fəlsəfə doktoru Mədət Qurbanov Bizim.Media-ya açıqlamasında dünən yağan yağışın torpaq üçün çox faydalı olduğunu qeyd edib: 

“Çünki aprel ayında susuzluqdan yanan torpaq qatı üçün yağış vacib idi. Yağışın az olması hazırda tozlanma proses gedən çəyirdəkli (gilas,alça,gavalı ) meyvələrə də mənfi təsir etməyib.

Tozlanmaya aprelin 17-18-də yağan yağışlar bir qədər mənfi təsir etsə də, xoşbəxtlikdən, bu da ciddi zərərlə müşayiət olunmadı”. 

Həmsöhbət olduğumuz qubalı meyvə təsərrüfatı sahibləri də yağışın bu dəfə ziyansız ötüşdüyünü deyiblər.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO